- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Stokholm, 4 may, Nərgiz Cəfərli, AZƏRTAC
Beynəlxalq Səmt müəyyənetmə (Orientirinq) Federasiyasının qərarı ilə 2029-cu ildə İdman Orientirinqi üzrə Dünya Çempionatı (DÇ) İsveçin Botnik körfəzinin sahilində yerləşən Ernşöldsvik şəhərində keçiriləcək.
2022-ci ildən bəri dünya orientirinq çempionatları sprint və meşə məsafələrinə bölünür. 2029-cu ildə Ernşöldsvikdə meşə orientirinqi üzrə dünya çempionatı təşkil ediləcək.
“Ölkəmizdə keçiriləcək çempionata ev sahibliyi edəcəyimiz və bunun daha çox insanın səmt müəyyənetmə idmanı ilə məşğul olmasına kömək edəcəyi üçün şadıq”, - deyə İsveç Orientirinq Assosiasiyasının sədri Anders Salen bildirib.
Sonuncu dəfə İsveç bu idman növü üzrə DÇ-ni 2016-cı ildə Strömstadda təşkil edib, çempionata 47 ölkədən idmançılar qatılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.