AZ

Gənc riyaziyyatçı elmdə sıçrayış edib

Gənc

Gənc riyaziyyatçı Kvant fizikası və kosmos arasında “körpü” qurmağı bacarıb.

Reyting.az
"Pys" nəşrinə istinadla xəbər verir ki, Çinin Hefei Elm və Texnologiya Universitetinin əməkdaşı Hao Çen adlı riyaziyyatçı əvvəllər təsvir etdikləri obyektlərin miqyasındakı fərqə görə ayrıca nəzərdən keçirilən iki əsas tənlik arasında riyazi əlaqə quraraq riyaziyyat elmi sayəsində əhəmiyyətli irəliləyişə nail olub.

Bu tənliklərdən biri hesab edilən Keler - Eynşteyn adətən ümumi nisbilik nəzəriyyəsində kütlənin məkan zamanın əyriliyinə təsirini açıq təsvir etmək üçünistifadə olunur. Digəri, Ermit-Yanq-Mills tənliyi isə elmə məlum olduğu kimi, hissəciklərin standart modelində mühüm rol oynayır və Kvant fizikasında miqyaslı hadisələrə aiddir.

Bu kəşf mürəkkəb diferensial həndəsə üsullarından istifadə ilə əldə edilib ki, bu da Çenə irimiqyaslı və mikroskopik hadisələri birləşdirərək iki tənlik arasında riyazi “körpü” yaratmaq imkanı verib. Analiz, cəbr, riyazi fizikanın elementlərini birləşdirən mürəkkəb diferensial həndəsə onu bu cür tədqiqatlar üçün gərəkli olan bütün vasitələrlə təmin edib.

Hao Çen bildirib ki, bu nəticələr Kvant fizikası ilə nisbilik nəzəriyyəsini sıx birləşdirməyə çalışan simlər nəzəriyyəsinə əhəmiyyətli təsir göstərə və iki sahənin mümkün riyazi birləşməsinə dair bir çox yeni elmi ideyalar verə bilər.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
Mənbələr
Şərh ()
Bağla

Reytinq