AZ

COP29 səmərəli əməkdaşlıq üçün bir çox imkanlar açacaq - Reyçel Tompson

Tbilisi. Trend:

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-un səmərəliəməkdaşlıq üçün bir çox imkanlar açacağı gözlənilir.

Trend-in şənbə günü verdiyi məlumata görə, bu barədə Asiyaİnkişaf Bankının (AİB) Avstraliya, Azərbaycan, Kamboca, Gürcüstan,Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ Ştatları, Nauru,Palau, Solomon adaları və Tuvalu üzrə icraçı direktoru ReyçelTompson AİB-in Tbilisidə keçirilən illik toplantısı çərçivəsindəjurnalistlərə bildirib.

“Dünyanın bu hissəsində mən Gürcüstanı və Azərbaycanı təmsiledirəm, və onlar AİB-ə qoşulandan bəri bizim seçki qrupumuzun birhissəsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransı Asiya-Sakit Okean regionu üçün iqlim bankırolunu oynayan AİB-in inkişaf etməkdə olan üzvü ölkəsinə qayıdır”,- deyə Tompson bildirib.

O, hesab edir ki, bu, çox mühüm tədbirdir və Azərbaycan hökumətiiqlimin maliyyələşdirilməsini AİB-in də çox sadiq olduğu mühümprioritet kimi açıq şəkildə müəyyən edib.

“Ona görə də mən hesab edirəm ki, səmərəli əməkdaşlıq üçün birçox imkanlar olacaq və əlbəttə ki, biz AİB olaraq COP29-un uğurlukeçməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə işləməyisəbirsizliklə gözləyirik”, - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq