AZ

Bukmeykerlər "Avroviziya"da onu qalib görürlər

"Avroviziya 2024"lə bağlı bukmeykerlər fikirlərini bölüşməyə davam edirlər.

Axşam.az xəbər verir ki, "Eurovisionworld.com" saytında dərc olunan proqnozlara görə, bukmeykerlər yenidən Xorvatiyanı birinci olmağa layiq görüblər. Bu ölkəni yarışmada Beybi Lasaqna "Rim Tim Tagi Dim" mahnısı ilə təmsil edəcək.

İkinci pillədə İsveçrə, üçüncü yerdə isə Ukrayna qərarlaşıb.

Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov isə bu siyahıda 33-cü yerdədir.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə mayın 11-də olacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq