AZ

Mingəçevirdə Respublika elmi konfransı keçirilir

2024-cü ilin mayın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı işə başlayıb.

 

MDU-dan AzEdu.az-a bildirilib ki, əvvəlcə, Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb.  

 

Konfrans Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi tədbirin önəmindən bəhs edib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli vəzifələrindəndir. Hazırda yeni dövrün universitetinə çevrilməyi hədəfləyən, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan MDU bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

 

Ümummilli liderin 101 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor ümumilikdə konfransa 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 240-dan artıq məqalənin daxil olduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

 

Açılış nitqindən sonra plenar iclasın məruzələri dinlənilib.

 

Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov “Heydər Əliyev - Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi”, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini, deputat Əli Hüseynli “Heydər Əliyev - Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, MDU-nun rektoru Ş.Bayramov "Azərbaycanda dayanıqlı inkişafın əsaslarının formalaşmasında Heydər Əliyevin xidmətləri”,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov "Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini, dosent Aytək Babayeva “Heydər Əliyev - innovativ texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur” və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Azərbaycan xalqının xilaskarı Hеуdər Əliуеvin ölkəmizin müstəqilliуi və hərtərəfli tərəqqisi naminə yürütdüyü məqsədyönlü, uzaqgörən daxili və xarici siyasətindən, demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi titanik fəaliyyətlərindən, ictimai-siyasi sabitliyin təmin olunması və dinamik inkişaf yoluna qədəm qoyulması istiqamətində müstəsna xidmətlərindən danışılıb, dünya siyasətinə verdiyi töhfələrdən bəhs edilib.

 

Sonra konfrans 9 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyev siyasi liderliyin nümunəsidir”, “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev irsi gənclər üçün tükənməz xəzinədir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev: elm və təhsilin böyük himayədarı”, “Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və dilçiliyə qayğısı” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib. Böyük maraqla qarşılanan məruzələr ətrafında  müzakirələr aparılıb.

 

Konfransın işi mayın 4-də yekunlaşacaq.

 

Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11082
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6272
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6193
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6063
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5961
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5820
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3835
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3690
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3403
Sabah 20 dərəcə isti olacaq
3216
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3021
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2824
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2613
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2520
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2512
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350