AZ

İraq və Qazaxıstan neft hasilatının azaldılmasındakı kəsiri ilin sonuna qədər kompensasiya edəcək

İraq və Qazaxıstan bəzi OPEC+ ölkələrinin ilin birinci yarısında riayət etdiyi neft hasilatının könüllü azaldılması çərçivəsində azalmadakı kəsiri 2024-cü ilin sonuna qədər gündəlik təxminən 1 milyon barel həcmində kompensasiya edəcək.

Bu barədə OPEC-in saytında yerləşdirilən məlumatda bildirilib.

OPEC-in məlumatında qeyd olunub ki, yanvar-mart aylarında İraqın artıq neft hasilatının həcmi sutkada 602 min barel, Qazaxıstanda isə 389 min barel təşkil edib.

“Təqdim edilən planlar göstərir ki, artıq hasil edilmiş bütün həcmlər ilin sonuna kimi tam kompensasiya olunacaq”, – hesabatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq