AZ

ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi  BN-nin ŞİBK 54-cü km-də “İxrac neft və qaz boru kəmərində baş vermiş fövqəladə halların və şərti qəzanın aradan qaldırılması” mövzusunda aidiyyatı qurumlarla birgə komanda-qərərgah təlimi keçirib.

Mia.az xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət planına əsasən aidiyyatı qurumların da cəlb edildiyi təliminin keçirilməsində məqsəd Bakı-Novorossiysk ixrac neft boru kəmərinin və onun infrastruktur obyektlərində baş verə biləcək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması olub.

SOMDA-nın Sumqayıt regional idarəsinin xidmətdə olan və təlimə cəlb olunan şəxsi heyəti «Həyəcan» siqnalı ilə qaldırılaraq, boru kəmərinin 54-cü km-nə «Daşqın» (Neftin dağılması) komandası verilmişdir. Dərhal Mobil patrul qruplarının (MPQ), Çevik həyəcan qrupunun və əməkdaş-atlı patrulların xidməti gücləndirilmiş iş rejiminə keçirilmişdir.

Belə ki, təlim vaxtı SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dispetçer xidməti tərəfindən neftin nəqlinin dayandırılması barədə göstəriş verilir və Sumqayıt NNS-dən neftin nəqli dayandırılır;

- könüllü yanğınsöndürmə dəstəsi ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının genişlənməsinin qarşısının alınması işlərinə cəlb edilir. Yanğının qarşısı alınan zaman könüllü yanğınsöndürmə dəstəsinin bir nəfər üzvü yüngül bədən xəsarəti alır. Əraziyə daxil olan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən xəsarət alan əməkdaşa ilkin tibbi yardım göstərilir;

- FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən baş vermiş yanğın söndürülür və qəzanın aradan qaldırılması istiqamətində  fəaliyyət həyata keçirilir;

- baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yarana biləcək bütün texniki məsələlərin operativ həllinin təmin olunması məqsədi ilə SOCAR-ın NKİ-nin baş mühəndisinin rəhbərliyi ilə qərargah yaradılır;

- qəza yerində boruda təzyiqin aşağı salınması və axan neftin miqdarının azaldılması məqsədilə neftin nəqlini dayandırması, qəza yerinə yaxın siyirtmələrin plana uyğun bağlanması, sızan neftin qarşısının alınması, təbii çökəklərə, yarğanlara və ya süni çuxurlara neftin yığılması təmin edilmiş;

- Sumqayıt regional idarəsinin şəxsi heyətinin təsdiq edilmiş «Fövqəladə hallar zamanı fəaliyyət planı»nın müəyyən olunmuş siqnalı üzrə hərəkətlər təmin edilmiş;

-  qəzanın baş verdiyi ərazinin mühafizəsi və əraziyə işçi personalının, səlahiyyətli şəxslərin, maşın, mexanizmlərin təqdim olunmuş siyahı üzrə buraxılmasına nəzarət təmin edilmiş;

- şosse yolunda, keçid mümkün olan yerlərdə insanları təhlükəli yanğın zonasından uzaqlaşdırmaq üçün növbətçi məntəqəsində xəbərdaredici qırmızı  kiçik ölçülü bayraqların asılması təmin edilmişdir.

Daha sonra, mühafizə zonasına avtomobil ilə yaxınlaşan şübhəli şəxsin MPQ rəisi tərəfindən saxlanılaraq sənədlərini ondan təqdim etməsini və əraziyə nə üçün gəldiyini soruşduqda şübhəli şəxsin hücuma cəhd etməsi, bu zaman MPQ rəisi tərəfindən zərərsizləşdirilərək Abşeron rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdir.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7701
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5173
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4922
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4718
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4476
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3695
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2985
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2727
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2708
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2648
Sabah 20 dərəcə isti olacaq
2614
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2207
Röyanın biabırçı videosu yayıldı
2102
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2030
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1589