AZ

Azərbaycanda maliyyə şirkətinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR

“Freedom Finance Azerbaijan” ASC-nin  səhmləri dövriyyədən çıxarılır.

FED.az xəbər verir ki, səhmlər AZ1002024573 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hər birinin nominal dəyəri 713,35 (yeddi yüz on üç manat otuz beş qəpik) manat olan 10.655 (on min altı yüz əlli beş) ədəd adi, adlı, sənədsiz səhmlərdir.

Qeyd edək ki, “Freedom Finance Azerbaijan” ASC 15 fevral 2021-ci ildə yaradılıb. Şirkət 7 milyon 600 min 744 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Vüsal Məmmədov Rafayil oğludur.

Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı ev, 37 ünvanıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla