AZ

Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib - FOTO - VİDEO

Azərbaycanlı rəssam Cahid Camala həsr olunmuş bədii albomun təqdimatı keçirilib.

APA xəbər verir ki, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır.

Bədii albomun təqdimat mərasimində görkəmli rəssamlar, ziyalılar və bir sıra incəsənət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər bildirib ki, bu kitab Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanıdılması istiqamətində xüsusi rol oynaycaq zəngin mənbədir.

Qeyd edək ki, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin həyata keçirilməsində məqsəd, Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılmasıdır.

Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı Azərbaycanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
Mənbələr
Şərh ()
Bağla