AZ

Bakıdakı Avropa kubokunda ilk mükafatçılar müəyyənləşəcək

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə turnirin ilk qalibləri bəlli olacaq.

Səhər sessiyasında komandalar qrup hərəkətlərini yerinə yetirəcəklər. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilə Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı Azərbaycan millisi çoxnövçülüyün iki hərəkətini icra edəcək. Komandamız öncə 5 halqa, ardınca üç lent və iki topla bacarığını göstərəcək.

Ardınca fərdi gimnastlar arasında çöxnövçülüyün final mərhələsi baş tutacaq. Təsnifat mərhələsinin yekununa əsasən “Сross Battle”ə vəsiqə qazanan 16 gimnast mübarizəni davam etdirəcək. Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə də olimpiya sistemli mərhələdə mübarizə aparacaq.

Ağamirova 1/8 finalda rumıniyalı Kristina Draqan ilə görüşəcək. Onlar halqa ilə hərəkətdə qalib olmağa çalışacaqlar.

Seyidzadə isə bolqarıstanlı Stiliana Nikolova ilə qarşılaşacaq. Hər iki gimnast topla çıxış edəcək.

Bu gün mübarizəyə qoşulacaq yeniyetmə gimnastlar çoxnövçülüyün təsnifat mərhələsində mübarizə aparacaqlar. Azərbaycan idmançıları Fidan Qurbanlı, Gövhər İbrahimova, İlahə Bahadırova və Şəms Ağahüseynova da həm ayrı-ayrı növlərdə, həm komanda yarışında finala vəsiqələr üçün çıxış edəcəklər.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq