AZ

Bu gün siyasətçi və dövlət xadimi Əlimərdan bəy Topçubaşovun anadan olmasından 162 il ötür

Bu gün Azərbaycanın ictimai fikir tarixində əhəmiyyətli yeri olan, siyasətçi Əlimərdan bəy Topçubaşovun doğum günüdür. Onun anadan olmasından artıq 162 il ötür.

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov 1862-ci ilin bu günü, yəni mayın 4-də Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. Orta təhsilini elə bu şəhərdə alıb.

1888-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakıda Azərbaycan mətbuatının banisi, Həsən bəy Zərdabinin qızı Pəri xanımla evlənib. 10 ilə yaxın Bakıda vəkil kimi fəaliyyət göstərən Ə.Topçubaşov 1898-ci ildən “Kaspi” qəzetində çalışıb.

Onun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi altında 1905-ci ilin avqustundan başlayaraq Rusiya şəhərlərində Ümumrusiya müsəlmanlarının qurultayları keçirilib. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən nümayəndələr iştirak edib.

Topçubaşov bir vəkil kimi təkcə Azərbaycanda yox, bütün Rusiyada məşhur idi.

O, Peterburq məhkəmələrində vəkil kimi çıxış edib öz həmvətənlərinin dəfələrlə azadlığa buraxdırılmasına nail olmuşdu. 1917-ci ildə baş vermiş fevral burjua-demokratik inqilabından sonra Ə.Topçubaşov yeni yaranmış Azərbaycan Milli Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib.

1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Respublikası elan olundu. Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya məxsus olmayan, bitərəf Fətəlixan Xoyskinin (1875-1920) Baş nazir olduğu kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunub və elə həmin ay Gəncədən Türkiyəyə göndərilib.

Ə.Topçubaşov Amerika, İngiltərə, Türkiyə, İran və başqa dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar aparıb.

Birbaşa Amerika prezidenti Vudro Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş edib.

Ancaq Türkiyə və Azərbaycandan torpaq iddiasında olan Ermənistan nümayəndələri və rus şovinistləri bu təşəbbüsləri pozmağa çalışıblar.

Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin San-Kloyd rayonunda vəfat edib və orada torpağa tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq