AZ

Ərdoğan və Özgür Özəl bir-birlərinə hədiyyə təqdim etdilər

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin bir-birlərinə verdikləri hədiyyələr bəlli olub.

"Cebhe.info" xəbər verir ki, AKP qərargahında keçirilən görüşdə CHP lideri Ərdoğanla sadəcə 2023 ədəd istehsal olunan "Cumhuriyyət alovu" simvolu və Manisadan gətirdiyi "məsir məcunu"nu hədiyyə edib.

Rəcəb Tayyib Ərdoğan isə Özgür Özələ fincan dəsti, çay və bal verib.

Xatırladaq ki, AKP və CHP liderləri 8 il sonra ilk dəfə 2 mayda görüşüblər. Görüş 1 saat 35 dəqiqə davam edib. Həmçinin, Rəcəb Tayyib Ərdoğan da CHP qərargahına gedəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq