AZ

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Bakı, 4 may, AZƏRTAC

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat - Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutun rektoru polkovnik Elnur Əsgərli kursu bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Dinləyicilər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq