AZ

Azərbaycanda 100 yaşdan yuxarı şəxslərin sayı açıqlanıbÖZƏL XƏBƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda 100 və yuxarı yaşda olan 1310 nəfər yaşayır.

Bu, 2024-cü il yanvar ayının 1-nə olan statistikadır.

Bu barədə Dövlət Statistika Komitəsindən Xezerxeber.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, həmin yaş qrupunda olan şəxslərin 506 nəfəri kişilər, 804 nəfəri isə qadınlardır.

“Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron və Xaçmaz rayonlarında sözügedən yaş qrupunda olan əhalinin sayı ölkənin digər inzibati şəhər və rayonlarına nisbətən daha çox olub”, - deyə sorğumuza cavabda bildirilib.  

Xatırladaq ki, 2023-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 100 və yuxarı yaşda əhalinin sayı 1021 nəfər olub. Onların 381 nəfərini kişilər, 640 nəfərini isə qadınlar təşkil edir.

Atif Sarıxanlı

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla