Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,80 % azalaraq 85,27 ABŞ dolları təşkil edib. Bu barədə
1news.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti
82,96 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti
60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin
21-də (
15,81 ABŞ dolları), maksimal qiyməti isə
2008-ci ilin iyulunda (
149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı
25 %-dir.
Mənbə: "Report"
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.