AZ

Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” - VİDEO

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdən birində danışıb:

"Mən ora bir daha getmərəm. Orada kərtənkələlər məni dəli etmişdi. Bu səbəbdən birdə getmək istəmərəm. Gözəl idi, quşlar oxuyurdu, amma o böyük kərtənkələlər məni qorxutdu. Həmin vaxt elə Maldivə çatmışdıq, Aynişan dedi ki "Ay mama xəbərin var? Deyirlər bu adalar birdən yoxa çıxacaq!" Dedim ki, heç olmasa qoyardın Bakıda qalardım".

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
7
Mənbələr
Şərh ()
Bağla