AZ

ABŞ-nin Suriyadakı hərbi bazası raketlərlə hədəfə alınïb

Suriyanın Deyr əz-Zor bölgəsindəki Əl Ömər neft yatağında yerləşən ABŞ hərbi bazası raketlərlə hədəfə alınıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin qeyri-qanuni hərbi bazası ən azı 7 raketlə hədəfə alınıb.

Məlumata görə, raket hücumundan sonra ABŞ bazasının içərisindən çoxsaylı partlayış səsləri eşidilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bildirilib ki, İraqda yerləşən müqavimət qrupları İsrail rejiminin Qəzzada fələstinlilərə qarşı cinayətlərinə cavab olaraq son həftələr ərzində ABŞ-nin İraq və Suriyadakı bazalarını dəfələrlə raket və pilotsuz təyyarələrlə vurub.

Qruplar həmçinin qeyri-sabitlik mənbəyi kimi gördükləri ABŞ-nin hərbi mövcudluğuna, həmçinin Qəzzada davam edən müharibədə Vaşinqtonun İsrail rejiminə dəstəyinə qəzəblidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla