AZ

“Çelsi”dən ayrılıb vətəninə yollanır

Mövsümün sonunda “Çelsi”ni tərk edəcək müdafiəçi Tyaqo Silva Braziliyanın “Fluminense” klubu ilə müqavilə bağlayacaq.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu London təmsilçisindən azad agent kimi ayrılacaq.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi  39 yaşlı oyunçunun agenti yeni müqavilə ilə bağlı danışıqları tamamlayıb. Tyaqo Silvanın anlaşması 2026-cı ilin iyununa kimi olacaq.

Qeyd edək ki, müdafiəçini İngiltərə Premyer Liqasının digər təmsilçisi “Fulhem” də öz heyətində görmək istəyirdi.

Bu, Silvanın “Fluminense”yə ikinci qayıdışıdır. O, 2006-2009-cu illərdə bu klubun formasını geyinib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq