AZ

Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitənin həcmi açıqlandı

Bakı. Trend:

2023-cü il ərzində Azərbaycanda ümumi çəkisi 4 ton 464 kiloqrammüxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Bunu Trend-əDaxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevdeyib.

O bildirib ki, bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton308 kiloqramı heroin olub.

“Bundan başqa 385 kiloqram psixotrop maddə olan metamfetamindövriyyədən çıxarılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə,Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispansernəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibbmüəssisəsinə yerləşdirilib.

Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitəistifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfəriniqadınlar təşkil edir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq