AZ

Sülhə məcburetmə – Azərbaycanın diktəsi və ilahi ədalət

Ölkəmizin missiyası mütərəqqi ruhludur və beynəlxalq hüquqa əsaslanır

Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlamış “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında ölkəmizin sülhü müharibə yolu ilə təmin etdiyini vurğulayıb. Dövlətimizin başçısının bu fikri düşünməyə əsas verir. Yazımız bu barədədir. Amma əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın nəzarəti altına keçməli olan kəndlərdə yerli əhali ilə bir müddət əvvəlki görüşündə səsləndirdiyi bir fikri diqqətə çatdıraq. Bildirmişdi ki, mən istəyirəm siz deməyəsiniz ki, Azərbaycan 50 metrliyimizdədir, istəyirəm deyəsiniz: nə yaxşı Azərbaycan 50 metrliyimizdədir.

Göründüyü kimi, Ermənistanda, belə demək mümkünsə, sülhə ən yaxşı məcbur olan elə Paşinyanın özüdür. Ən azı revanşist-şovinistlərdən fərqli olaraq, o, vəziyyəti duymağı, reallığı düzgün qiymətləndirməyi bacarır. Amma onun bu bacarığı nəticə verəcəkmi? Nəticə verməyəcəyi təqdirdə Ermənistanın hansı perspektivi gözləyəcəyini sonda vurğulayacağıq.

Hələlik isə bildirək ki, Azərbaycanın təmin etdiyi sülh ədalət anlayışını əsas götürür. Psixoloji nöqteyi-nəzərdən yanaşsaq, ədalətli olmaq hər bir insan kimi, dövləti də güclü edir. Azərbaycan ədaləti təmin etmək üçün otuz ilə yaxın müddətdə təkcə güclənmədi, eyni zamanda, səbrlə məqamı gözlədi. Ədalət anını. Yaşadığımız Cənubi Qafqaz coğrafiyası, bütövlükdə, dünya üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də bu regionda sülhün yaradılması dünya əhəmiyyətli hadisədir. Deməli, Azərbaycanın yaratdığı sülh, eyni zamanda, bəşəri anlama söykənir.

Digər tərəfdən, müharibə yolu ilə sülhyaratma missiyası da beynəlxalq hüquqa əsaslanmalıdır. Yəni müharibə sülhü təmin edəcək ən son vasitə kimi nəzərdə tutulmalıdır. Hesab edirik ki, Azərbaycan mövcud tələbi nəzərə alıb. Çünki ölkəmiz uzun illər Ermənistanla sülh danışıqlarına sadiq qalıb. Dövlətimiz, həmçinin sülhə sadiqliyinin özünün beynəlxalq imici ilə də təsdiqləyib. Axı müharibə mahiyyət etibarilə dəhşətli olay olduğundan, dünya səni yaxşı tanımalıdır ki, savaşa əl atmağının ən son vasitə olduğuna inansın.

Yeri gəlmişkən, 44 günlük müharibənin ilk günlərində ermənipərəst media müharibənin dəhşət motivlərinə güc verərək, Azərbaycanın haqq davasına zorakılıq görkəmi verməyə çalışmışdı. Lakin həmin vaxt Prezident İlham Əliyev yalnız Ali Baş Komandan kimi deyil, eyni zamanda, Azərbaycanın bir nömrəli təbliğatçısı kimi davranmışdı. Dünyanın otuzdan artıq media orqanına müsahibələr verməklə beynəlxalq aləmə əsl həqiqətləri çatdırmışdı.

Bu yerdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2020-ci il sentyabrın 28-də xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə bildirdiyi fikirlərə diqqət yetirək: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompakt şəkildə yaşayan mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta, bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan, nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin”.

Bəli, beynəlxalq hüququn prinsipləri Azərbaycanın işğala son və sülhə məcburetmə əməliyyatlarının legitim xarakter daşıdığını söyləməyə əsas verir. Dünyada “Peace Enforcement” kimi qəbul edilmiş bir ifadə var. Bu ifadə sülhün tətbiqi, ümumiyyətlə, döyüşənlərin iradəsinə zidd olaraq, münaqişədə sülhə məcbur etmək üçün hərbi gücdən istifadə anlamı daşıyır. Məsələn, BMT öz Nizamnaməsinin VII fəslinə uyğun olaraq, Təhlükəsizlik Şurası vasitəsilə qətnamələrini və qüvvədə olan atəşkəsləri yerinə yetirmək üçün güc tətbiqi səlahiyyətinə malikdir. Həmin fəslin ayrı-ayrı müddəalarında hər hansı bir dövlətin məcburi hərəkət elementlərindən istifadə olunmaqla, təcavüzün və ya beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidedici hərəkətlərin qarşısını almaq məqsədi ilə əməliyyat aparmaq hüququ təsbit olunub. Mövcud hüquqa görə, sülhə məcburetmə əməliyyatı münaqişə aparan tərəflərin və ya ərazisində münaqişə gedən dövlətin müvafiq orqanlarının beynəlxalq birlik tərəfindən müdaxiləyə razılığı olmadan həyata keçirdikləri əməliyyatdır.

Əlbəttə, başlıca hədəf sülhü bərqərar etməkdir və bu tipli əməliyyatlar reallaşdırılarkən, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanılmalıdır. Daha doğrusu, BMT TŞ bununla bağlı qətnamə çıxarmalıdır. Qurumun Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnaməsi olmuşdu. Lakin heç vaxt həmin qətnamələrin icrası istiqamətində faəliyyət gerçəkləşdirilməmişdi. Faktiki olaraq, işğalın leqallaşdırılması yolu tutulmuşdu. Elə buna görə də Azərbaycan Prezidenti çıxışlarında və müsahibələrində ölkəmizin işğala son qoymaqla, əslində, BMT qətnamələrinin icrasını təmin etdiyini vurğulayır. Sırf Azərbaycanla bağlı 44 günlük müharibə zamanı bir paradoksal durumun yaşandığından da xəbərdarıq. Bəzi ermənipərəst dairələr BMT TŞ-nin Azərbaycanı işğalçı kimi göstərən və hərbi əməliyyatları dayandıran qətnaməsinin qəbuluna nail olmaq istəmişdilər. Lakin buna müyəssər ola bilməmişdilər.

BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı sözügedən qətnamələrində bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunurdu. Həmçinin işğal olunmuş rayonlarda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. Habelə, BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Azərbaycanın işğala məruz qalmış ərazilərindən çıxarılmasını tələb edirdi. Yəni, bu kimi hallara göz yumulması da ölkəmizin sülhə məcburetmə missiyasına haqq qazandırır.

Onu da bildirək ki, beynəlxalq hüquqda sülhə məcburetmə mexanizmlərinin Kamboca, Şərqi Timor, Ruanda, Somali, Yuqoslaviya kimi presedentləri var. Bu mexanizmin tətbiqi ilə bağlı ayrı-ayrı razılaşmalar da mövcuddur. Məsələn, 1995-ci ilin Deyton razılaşmasını götürək. O razılaşmanı ki, o zamankı Bosniya və Herseqovina daxilindəki separatçı Serbiya Respublikasının varlığına soy qoydu. Yəni, sülhə məcburetmə yolu ilə münaqişə həllini tapdı.

Bir məqama da diqqət yetirək. İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası SSRİ ərazilərini işğal etmişdi. Lakin tədricən təşəbbüsü ələ alan Sovet İttifaqı almanları öz sərhədlərindən uzaqlaşdırdı. Amma bununla kifayətlənmədi və düz Berlinədək gedib Almaniyanı təslim olmağa, həm də sülhə gəlməyə məcbur etdi. İndiki durumda Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atmağa məcbur edib.

Ancaq hadisələr göstərdi ki, bəyanatın bir sıra bəndləri yerinə yetirilsə də, erməni avantürizminin Qarabağdakı “separatçı qalası” yıxılmadı. Separatçılıq ömrünü yalnız 2023-cü ilin sentyabrında ölkəmizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində başa çatdırdı. Hazırda Ermənistanda Azərbaycanın bu ölkəyə 44 günlük müharibədən dərhal sonra uzatdığı sülh əlini sıxmaqla bağlı pozitiv elementlər yaranıb. Əlbəttə, bu elementlərin də məcburiyyətdən irəli gəldiyi məlumdur. Ermənistan həm də ona görə sülhə məcbur olmalıdır ki, tarixdə SSRİ-nin Almaniyanı sülhə məcburetmə missiyası var. Həmin missiya təkrarlansa, silahlı qüvvələrimiz İrəvanda olacaqlar. Almaniya ərazisinin SSRİ-yə tarixi bağlılıq faktoru yoxdur. İrəvanın isə Azərbaycana məxsusluğunu sübuta yetirmək heç bir çətinlik törətmir.

 

Ə.CAHANGİROĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8840
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5484
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5295
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5094
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4958
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3898
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3030
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3003
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2807
Sabah 20 dərəcə isti olacaq
2794
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2434
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2331
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2323
Röyanın biabırçı videosu yayıldı
2318
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2156
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2126
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2076
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1746
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1720