AZ

Robin Hud filmi gəlir

Les Misérables, The Prestige, Logan və The Wolverine kimi filmləri ilə tanınan usta aktyor Hugh Jackmanın yeni layihəsi bəlli olub. Aktyor “Robin Qudun ölümü” filmində rol alacaq. Cekmanı "Killig Eve" serialı ilə şöhrət qazanan Codi Komer müşayiət edəcək.

News24.az xəbər verir ki, rejissoru Maykl Sarnoskinin olacağı film Robin Hudun "cinayət və qətllərlə dolu həyatından sonra keçmişi ilə mübarizə aparması" haqqında olacaq.

Digər Robin Hud filmləri ilə müqayisədə bu filmdə Robin Hud "ağır yaralanan və özünü sirli bir qadının əlində tapan tənha adam" olacaq. Filmin digər Robin Hud filmlərindən daha qaranlıq bir hekayəyə sahib olacağı bildirilib. Çəkilişlər gələn il başlayacaq.

Cekman bu yay Deadpool & Wolverine filmi ilə adından söz etdirəcək. İlin maraqla gözlənilən istehsallarından biri olan Deadpool & Wolverine 24 iyulda kinoteatrlarda olacaq.

Ridley Scott-un "Robin Hud" (2010) filmində Rassel Krou, Keyt Blanşett və Metyu Makfadyen çəkilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq