AZ

Yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblər müəyyənləşdi

Yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair ümumi tələblər müəyyənləşib.

Day.Az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları"nda əksini tapıb.

Yeni təhsil proqramının (ixtisasın) açılmasına dair ümumi tələblər aşağıdakılardır:

- təhsil proqramı (ixtisas) təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır;

- təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir;

- təhsil proqramı (ixtisas) yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabət mühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmalıdır;

- təhsil proqramı (ixtisas) adına və təlim nəticələrinə görə digər təhsil proqramının (ixtisasın) adını və təlim nəticələrini (təhsil proqramı və fənlər/modullar üzrə təlim nəticələrinin, təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalıdır) təkrarlamamalıdır;

- təhsil proqramının (ixtisasın) təlim nəticələrinə uyğun peşələr üzrə peşə və kvalifikasiya standartları olmalıdır;

- təhsil müəssisəsi təhsil proqramına (ixtisasa) uyğun olaraq tədris prosesini həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz olunmuş auditoriyaya (təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanıldığı halda - hər bir tələbəyə düşən faydalı sahə 1,5 m2 və auditoriyaların sayı əyani təhsilalma forması üzrə mövcud olan tədris qruplarının sayının 50 faizdən az olmamaqla), laboratoriyalara, emalatxanalara, fənn kabinetlərinə və sair maddi-texniki bazaya və infrastruktura malik olmalıdır;

- təhsil müəssisəsinin təhsil proqramına (ixtisasa) uyğun tədris-metodiki, elmi-tədqiqat və informasiya resursları və elmi-pedaqoji/mühəndis-pedaqoji (təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanıldığı və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsi hallarında - ixtisasın tədris planına uyğun birinci tədris ilində əsas iş yeri üzrə tədrisə cəlb olunacaq elmi-pedaqoji/mühəndis-pedaqoji heyətin ən azı 50 faizi öncədən müəyyən olunmalıdır) heyəti olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7690
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5169
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4918
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4711
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4470
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3692
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2978
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2724
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2703
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2640
Sabah 20 dərəcə isti olacaq
2612
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2206
Röyanın biabırçı videosu yayıldı
2102
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2029
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1772
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1588