AZ

"Neftçi"nin "Eyndhoven"in futbolçusu ilə maraqlanır

Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün "Eyndhoven"də qalmaq istəyində olması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin “Neftçi”nin transfer siyahısında yer alır. “Ağ-qaralar” yeni mövsüm üçün heyətdə daha güclü yerli futbolçular toplamaq üçün ölkə xaricində oynayan azərbaycanlıların transferinə üstünlük verəcək.

Amma Kökçünün “Eyndhoven”də qalmaq istəyi hələ ki, “Neftçi”nin istədiyi ssenari deyil. 2022-ci il avqustun 6-da “Eyndhoven”lə müqavilə imzalayan 26 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər Niderland klubuna məxsusdur.

Eyndhoven təmsilçisi Kökçünün müqavilə müddətini artırmaq haqda düşünür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq