AZ

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtı çatıb - AİB prezidenti

Tbilisi. Trend:

Qlobal dəyər zənciri ilə əlaqəli tullantıları azaltmağın vaxtıçatıb.

Trend xəbərverir ki, bu barədə AİB prezidenti Masatsuqu AsakavaTbilisidəAİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimindədeyib.

"Bu zalda iştirakımız dünyamızın nə qədər dərindən əlaqəliolduğunu nümayiş etdirir. Bunu qeyd etməliyik. Həmçinin, daha yaşılvə açıq iqtisadiyyat qurmaq üçün bu əlaqələri inkişaf etdirməliyik.Ola bilsin ki, geri dönərək, pandemiyaya və ya hazırkı geosiyasigərginliklərə və münaqişələrə nəzər salaraq, qloballaşmanın öldüyüqənaətinə gəlmək asan ola bilər. Mən buna inanmıram", - odeyib.

Asakava qeyd edib ki, qlobal ticarətin və təchizat zəncirlərininsarsıntılar qarşısında həssas olduğu həqiqətdir.

"Lakin cavab proteksionizm və seqmentasiya ola bilməz. Azadticarət və kapitalın sərbəst hərəkəti onilliklər ərzindəregionumuza fayda verib və bu, irəliyə doğru bir addım olmalıdır.Beləliklə, təchizat zəncirlərinin dayanıqlılığını artırmaq,transsərhəd ticarəti təşviq etmək, özəl sektorun investisiyalarınıstimullaşdırmaq, eləcə də, maliyyə və vergi əməkdaşlığınımöhkəmləndirmək üçün regional əməkdaşlığın necə dərinləşdirilməliolduğuna nəzər yetirək", - o deyib.

Asakava, həmçinin, qlobal təchizat zəncirlərinin dekarbonizasiyaüsullarını axtarmağın vacibliyini vurğulayıb.

"Ticarətlə əlaqəli fəaliyyətlərin payına qlobal karbontullantılarının 30 faizə qədəri düşür. Xoşagəlməz həqiqət ondanibarətdir ki, Asiyada güclü iqtisadi artım fonunda istixanaqazlarının tullantılarında rolumuz artmaqdadır. Artıq dahadayanıqlı gələcək üçün qlobal dəyər zənciri ilə əlaqəlitullantıları azaltmaq üçün hərəkətə keçməyin vaxtı gəlib çatıb", -o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq