AZ

Bitməyən bəla…

İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Yeganə BAYRAMOVA

Müasir dövrün ən aktual problemlərindən biri insan alveridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. Bu hadisənin qurbanları kişi, qadın və uşaqlar ola bilər. İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur ki, onlar da əsasən seksual istismara məruz qalırlar. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, ev köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.

32 milyard dollar gəlir…

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir. İnsan alverinin nisbətən aşağı riskləri və böyük gəlirlər, cinayətkarları digər, daha riskli cinayətkar əməllərə deyıl, məhz İnsan alverinə meylləndirir.

BMT-nin hesabatına görə, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir. İnsan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilib.

Hər üç qurbandan biri uşaqdır…

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə, hər il 1.2 milyon uşaq uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır. İnsan alverinin qurbanı olan hər üç uşaqdan ikisi qızlardır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamasına görə, məcburi əməyə məruz qalanların 40 -50 faizi 18 yaşınadək olanlardır.

Qeyd edək ki, Prezidentin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

İnsan alveri necə baş verir?

İnsan alverində əsas məqamlardan biri qurbanın istismara cəlb edilməsidir. Qurbanları cəlb edən şəxslər onlara çoxlu yalan vədlər edirlər. Bəzi hallarda qurban nə işlə məşğul olacağını əvvəlcədən bilir, amma hansı şərtlərlə qarşılaşacağını təsəvvür etmir. İnsanları istismara cəlb edənlər tez-tez KİV-də yalançı elanlar verir, internetdə saxta saytlar açır, bəzən isə, saxta işə götürmə agentlikləri də yaradırlar. Onlar uşaq dayələri, xəstə baxıcısı, evlərə yardımçı, ofisiant, model, rəqqasə və s. işlər təklif edirlər. Verilən vədlər çox inandırıcı və cəlbedici olur. İnsanları belə işlərə cəlb edənlər, onların yaxın dost, rəfiqə və hətta qohumları da ola bilərlər.

Qurban hansı təzyiqlərlə üzləşir?

Qurban azad hərəkət edə bilmir, onu adətən borc tələsinə salır və işləyərək, onun üçün ödənilən pulların əvəzini çıxmağa məcbur edirlər. Nəticədə, pulun miqdarı getdikcə artır, üstünə faizlər, qurbanın saxlanılması üçün xərclənən pullar, müxtəlif cərimələr gəlir. Qurbanın sənədləri alınır, sərbəst hərəkət etməsinə və yaxınları ilə ünsiyyət qurmasına qadağalar qoyulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7710
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5174
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4926
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4718
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4478
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3695
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2988
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2728
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2709
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2648
Sabah 20 dərəcə isti olacaq
2614
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2208
Röyanın biabırçı videosu yayıldı
2103
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2076
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2030
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1779
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1592
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1589