AZ

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. 

O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq.

Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orhan Aydın, Didem Taslan, Seher Terzi, Deniz Oral, Zeynep Gülmez, Selahettin Taşdöğen, Serkan Şengül, Hakan Bulut, Kıvanç Baran Arslan, Kubilay Penbeklioğlu və “Hollywood” aktyoru Nicholas Facey çəkilib.

Türkiyədə yaşayan aparıcı-aktrisa Aysel Nazim filmlə bağlı “Cebhe.info”-ya müsahibəyə verib.

Həmin müsahibəni təqdim edirik:

- Aysel xanım, “Çingene Kızı” filmi necə araya-ərsəyə gəldi? Filmin ideyası necə yarandı?

- Türkiyənin Qaziantep şəhərində zeuqma muzeyi var. Orada sərgilənən çingənə qızı mozaikası hər il yerli və xarici turistlərin böyük maraqla ziyarət etdiyi tarixi eksponatdır. Bu mozaikanın bəzi əskik hissələri Amerikadan gətirilib və həmin muzeydə sərgilənir. Filmdə də bu mövzu komediya janrında işlənilib. 

- Maraqlıdır, təklif sizə kimdən gəldi? Ssenarini oxuyanda nə düşündünüz?

- “Zen Yapım” film şirkətindən dəvət aldım və şirkətlə daha bir neçə filmdə rol almama dair də müqavilə bağladım. İlk film “Çingene Kızı” filmidir. Yeri, mən bu filmə dəvət almadan bir il öncə Qaziantepə getmişdim. Filmdəki zeuqma muzeyinə çingənə qızı mozaikasını ziyarət etmişdim. Həmin an həm hekayəsi, həm də görüntüsü marağıma səbəb olmuşdu. Amma bilməzdim ki, bir il sonra mən bu muzeyin müdiri rolunu oynayacağam. Ona görə də çox fərqli hisslər keçirdim. Sanki onu həyatıma çağırmışdım. 

- Türkiyənin çox tanınmış aktyor və aktrisaları ilə eyni filmdə oynamaq necə hissdir?

- Mənim üçün çox dəyərli bir layihədir. Çünki bəsit bir film deyil. Həm maddi, həm də mənəvi olaraq dəyərli bir işdir. Ümumiyyətlə, komediya filmi deyəndə bəsit gəlməsin. 

Üstəlik, bu işin 1 milyon dollar büdcəsi var və Türkiyənin komediya ustadları rol alır.

Onlarla eyni layihədə olmaq mənim üçün həm bir məktəbdir, həm də çox önəmli və dəyərlidir. 

Çünki bu işdə nəinki sadəcə aktyorlar, eyni zamanda, ssenarist və rejissor da çox tanınmışdır. Türkiyə film sektorunda öz sözünü demiş insanlarla çalışmaq və onların da məndən razı qalması əvəzsizdir. Filmdə “Hollywood” aktyorunun olması da bir başqa təcrübədir. Təbii ki, bunlar çox gözəl hisslərdir.

- Nə üçün azərbaycanlı qadın rolunda çəkilmirsiniz?

- Film Azərbaycanla bağlı bir hekayə deyil. Tamamila Qaziantepdə keçən bir hekayədir. 

Gələcəkdə bu film şirkəti “Zen Yapım”ın Azərbaycanda da film çəkməyini istəyərəm. Həm türk, həm azərbaycanlı aktyorların bir arada olduğu hekayə ola bilər. İnşallah yaxın gələcəkdə bu da olar.

Mən Türkiyəyə köçüb sənət fəaliyyətimi orada davam etdirməyə qərar vermişəm. Bu səbəbdən də azərbaycanlı rolunu oynamayacağam. Çünki mən azərbaycanlı rolu oynasam, o çərçivədə özümü məhdudlaşdırmış olardım və ancaq azərbaycanlı rolu lazım olanda məni çağırardılar. Niyə belə olsun axı? 

- Bəs bundan sonra Türkiyədə azərbaycanlı qadın rolunda çəkiləcəksiniz? 

- Mən aktrisayam və heç bir çərçivədə olmamalıyam. Mənim türkçəm də yerindədir və heç bilinmir ki, mən türkiyəli deyil, azərbaycanlıyam. Ona görə də qərar verdim ki mən bu ölkədə yaşayıram və fəaliyətimə davam edirəmsə, mən də bu ölkənin aktrisası kimi davam etməliyəm. Üstəlik, ilk layihə çox önəmlidir. Bu səbəbdən də azərbaycanlı rolu gələn heç bir film və serial təkliflərini qəbul etmədim, gözlədim. 

Nəticədə, o təkliflər gəldi mən seriallarda və filmlərdə türk kimi kamera qarşısına keçdim. Mən öz sözümü dedim və istedadımı göstərdim. Bundan sonrakı layihələrdə isə artıq istənilən millətin rolunu canlandıraram. Əlbəttə ki, mən dünyanın harasına getsəm də azərbaycanlıyam öz ölkəmi təmsil edirəm. Amma ilk layihə hər hansı bir çərçivəyə girməmək üçün önəmli idi.

- Son olaraq filmi izləyəcək olan insanlara nələr demək istəyirsiniz? 

- İzləyicilərimizə gözəl bir hekayə ilə xoş əhval-ruhiyyə, bol qəhqəhə bəxş edəcəyik. Düşünürəm ki, 1,5 saatlarını əyləncəli bir film izləməyə ayıracaqlar və bir daha izləmək istəyəcəkləriniri film olacaq.

Türkiyə, Azərbaycan və eyni zamanda Avropa da göstəriləcək olan filmə marağın çox böyük olacağına inanıram. Hər kəsi kinoteatrlara dəvət edirəm. Filmin Azərbaycandakı təqdimatı 15 mayda "Gənclik Mall"da keçiriləcək. 16 maydan isə bütün "Cinemastercard" kinoteatrlarında olacaq. Təqdimat mərasiminə də bilet satışı var, 10 manatdır. Gəlib aktyorlarla birlikdə film izləməyin zövqü tam başqa olacaq. Hər kəsi gözləyirik

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8876
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5487
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5298
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5095
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4972
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3899
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3168
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3030
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3020
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2814
Sabah 20 dərəcə isti olacaq
2799
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2450
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2332
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2325
Röyanın biabırçı videosu yayıldı
2322
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2168
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2126
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2076
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1765
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721