AZ

Qvardiola ingilislərin AÇ-2024-ü qazanmaq imkanını dəyərləndirdi

“Mançester Sit”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə yığmasının AÇ-2024-ü qazanmaq imkanını dəyərləndirib.

Arena.az “The Telegraph” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Onlar həqiqətən yaxşıdırlar, amma məsələ təkcə hücumçuların istedadında deyil, ümumilikdə, bütün komandadadır və Qaret Sautqeyt nə etməli olduğunu gözəl bilir.

Məndə və hər kəsdə belə bir hiss var ki, İngiltərə yığması son Dünya və Avropa çempionatlarında müəyyən addımlar atır və kuboku qazanmağa yaxındır. Onlar finalda məğlub olaraq yarımfinala yüksəliblər. Gec-tez bu, baş verməlidir. Bu, “Mançester Siti”nin tarixçəsinə bənzəyir. Çempionlar Liqasını qazanmağa yaxın idik və yekunda onu qazandıq”, deyə Qvardiola müqayisə aparıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı Almaniyada baş tutacaq. Yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsində 1-ci və 2-ci yerləri tutmuş komandalar, həmçinin 3-cü yeri tutmuş 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Yarışın ələmə oyunları olimpiya sistemi üzrə, uduzmuş komandaların yarışdan kənarlaşdırılması ilə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
Mənbələr
Şərh ()
Bağla