AZ

Millət vəkili: “Kəpəz” yuxarı pillələr uğrunda mübarizə aparacaq”

“Komandanın gərgin mübarizənin fonunda Premyer Liqada qalmağı təmin etməsi təbii ki, bizim hamımızı sevindirdi. İndi turnir cədvəlində daha yuxarı pilləni tutmaq üçün yaxşı imkan da var”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in İdarə Heyətinin üzvü Müşfiq Cəfərov deyib.

Gəncə klubunun mətbuat xidmətinə açıqlama verən millət vəkili komandanın Premyer Liqada yerini qorumasına münasibət bildirib: “Hər kəs üzərinə düşən işi gördü və nəticəsi də oldu. Təbii ki, əsas əziyyəti komanda üzvləri çəkdilər. Baş məşqçi Adil Şükürov və komandasına gördükləri keyfiyyətli işə görə minnətdarıq. Onları tək qoymayan azarkeşləri də unutmaq olmaz. Məğlub olanda da dəstək verməklə ruh yüksəkliyi yaratdılar. Bu yerdə klub rəhbərliyinə də “sağ ol” düşür. Komandaya lazım olan bütün dəstəyi verdilər. “Kəpəz”in elitada qalması üçün dayanmadan çalışdılar”.

Cəfərov “Kəpəz”ə sponsor tapılacağına ümid etdiyini gizlətməyib: “Bilirsiz ki, sponsor olmadan mübarizə aparmaq çətindir. İnanıram ki, klubun elitada qalması, öz mövqeyini qoruyub saxlaması və növbəti mövsümdə iştirakı “Kəpəz” üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq və komanda növbəti çempionatda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Qazandığı qələbələrlə gəncəli futbolsevərləri daha çox sevindirəcək”.

O, stadion probleminin həllinin sponsor tapılmasına kömək olacağı qənaətindədir: “Gəncədə futbolun inkişafı üçün müvafiq işlər görülür. Məşq meydançaları salınıb, yeni baza istifadəyə verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu stadion artıq tikilməkdədir. Bunlar hamısı “Kəpəz”in gələcəyi üçün qoyulan yatırımdır. Arenanın yenilənməsi klubun ən böyük problemi olan sponsor məsələsinin həllinə kömək etməlidir”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XXXII turunda səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikdən sonra elitada yerini qoruyub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8846
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5485
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5296
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5094
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4959
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3898
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3165
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3030
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3007
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2813
Sabah 20 dərəcə isti olacaq
2796
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2443
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2331
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2324
Röyanın biabırçı videosu yayıldı
2319
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2156
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2126
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2076
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1751
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1720