AZ

Rusiyada musiqi dinləmələrinə on milyonlarla dollar xərclənir – RƏQƏMLƏR

2023-cü ildə Rusiyada musiqi yükləmələrinə və dinləmələrinə görə 25,4 milyard rubldan (276,4 milyon dollar) çox vəsait xərclənib. 


Sfera.az RBK-nın araşdırmasına istinadən xəbər verir ki, Rusiyada əhalinin çox hissəsi pulsuz, amma reklam tərkibi olan musiqi dinləməyə və ya yükləməyə üstünlük verir. 


Buna baxmayaraq, musiqi bazarında pullu xidmətlərdən istinadə edənlərin də payı artır. Ötən il ərzində pullu xidmətlərdən istifadə həcmi 40% artaraq 25,4 milyard rubla çatıb. 


RBK-nın məlumatına əsasən, Rusiya Milli Musiqi Sənayesi Federasiyası (NFMI) bununla bağlı araşdırma aparıb. NFMI-də Rusiyada səsyazma bazarının 50%-dən çoxuna sahib olan şirkətlər birləşib. 


Məhz səsyazma şirkətləri vasitəsilə sənətçilərin musiqi xidmətlərindən əldə etdikləri gəlirlər bölüşdürülür. NFMI analitikləri “VKontakte”, “Yandex Music”, “Sound”, “Apple Music”, “Spotify”, “YouTube” daxil olmaqla, musiqi axını xidmətlərinin maliyyə göstəriciləri (abunəliklər, reklamlar, həmçinin videohostinq saytları vasitəsilə ayrıca musiqi dinləmək) üzrə məlumatları təhlil ediblər. 


Musiqi dinləmələrinin və ya yükləmələrin demək olar ki, bütün gəlirləri ödənişli abunəliklərdən əldə edilir. 2023-cü ildə gəlirin 97,5%-i və ya 24,8 milyard rublu abunələrdən daxil olub. Daha 387 milyon rubl yayımçıların reklam gəliri, 242 milyon rubl isə musiqi məzmunlu video hostinq saytların xidmətinə görə ödənişlərdir. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla

Reytinq