- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Xırdalan"ın amerikalı basketbolçusu Jakori Arçinin İdman.bizə müsahibəsi
- "Neftçi" ilə pley-offun 2-ci matçında həlledici atışı siz etdiz. Oyunda 8-9 xal fərqlə geriyə düşsəz də sonradan toparlanmağı bacardız və yekunda qalib gəldiz. Buna necə nail olduz?
- Oyun əldən-ələ keçirdi. Bilirdim ki, mütləq xal qazanmalıyıq. Hücumda üstünlüyü ələ keçirəndən sonra nəyin bahasına olursa-olsun dəqiq atış atmalı olduğumu hiss etdim və bunu bacardım. Düzünü desəm, mövsüm ərzində çox çətinliklərə sinə gəldik. Bu bizə belə vəziyyətlərdə sakitləşməyi, toparlanmağı və oyundan-oyuna daha yaxşı olmağı öyrətdi. Məhz bunun sayəsində vacib qələbə qazandıq.
- Bu oyun ilə yarımfinalda "Sabah"ı üstələyəcəyinizə inanırsız?
- Geriyə qayıdıb əvvəlki oyunlara nəzər salıb, müəyyən çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq. "Sabah"a qarşı oyunda daha sərt oynayacağıq. Bu pley-offda əsas şey mümkün olduğu qədər çox xal qazanmaqdır və bu seriyada qalib olmaq üçün bunu etməliyik.
- Müntəzəm çempionatla pley-offun əsas fərqi nədir?
- İntensivlik çox yüksəkdir. Hər oyun vacibdir. Pley-offda məğlubiyyət olmaz. Bu, yalnız 3 seriyanın ən yaxşısıdır, ona görə də hər qarşılaşma bizim sonuncu kimidir. Pley-offların əsas fəlsəfəsi daha çox topa sahib olmaqdır. Yalnız bunu hesabına qələbə qazana bilərsiz.
- Artıq sizi çempionluqdan 2 addım ayırır. Yarımfinala yüksəlmək özgüvəninizi artırdımı? Çempionluq şanslarınızı nə qədər görürsüz?
- Mövsüm ərzində inamımız yüksək səviyyədə olub. Hər birimiz bu liqada qalib gələcəyimizə inanırıq. Amma şüarımız "oyundan-oyuna inkişaf" idi. Bütün basketbolçularımız qalib gəlmək istəyir, ona görə də biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edirik.
- Azərbaycan Basketol Liqasında göstəriciləriniz çox yaxşı olub. Yəqin ki, bir sıra klublar yeni mövsümdə xidmətinizdən maraqlı olacaqlar. Azərbaycanda qalmaq haqqında düşünürsünüz?
- Buna mövsüm bitdikdən sonra baxacağam. Başladığım işi başa çatdırmaq istəyirəm və dediyiniz kimi, fürsətlər olsa, mütləq nəzərdən keçirəcəyəm.
- Artıq Bakıya alışmısınızmı?
- Ötən ilin sentyabrından buradayam və özümü buranın bir vətəndaşı kimi hiss edirəm. Hazırda Bakıya çox öyrəşmişəm, özümü evdən uzaqdayam kimi hiss etmirəm.
- Bəs alışmadığınız məqamlar nələrdir?
- Şübhəsiz ki, dil bariyeri. Ünsiyyət qurmağa çalışmaq çətindir. Mən tamamilə fərqli mədəniyyətdən gəlirəm, çünki Amerikada çox şey Azərbaycandan fərqlidir. Amma düşünürəm ki, yenə də yaxşı uyğunlaşmışam.
Emin Ağa
İdman.biz
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.