AZ

“Qalatasaray”ın sabiq futbolçusu Rusiya klubunu çalışdıracaq

“Qalatasaray”ın sabiq futbolçusu Saşa İliç Rusiya klubuna baş məşqçi təyin olunub. Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Pari Nijniy Novqorod” komandasına rəhbərlik edəcək.

İliç məşqçi karyerasına Serbiyanın aşağı yaş qrupları üzrə komandalarında başlayıb. O, 2021-ci ildə əsas yığmada köməkçi məşqçi olub.  İliç “Çukariçi” (Serbiya), ÇSKA (Sofiya), “Atromitos” (Yunanıstan) klublarına rəhbərlik edib.

O, 2005-2007-ci illərdə “Qalatasaray”da 59 oyunda 22 qol vurub.

“Pari Nijni Novqorod” 26 oyundan 28 xal toplayıb və 11-ci yeri tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla

Reytinq