AZ

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Norveçli

Cəbrayıl, 4 may, Səlim Rəhimzadə, AZƏRTAC

Biz burada minaların zərərsizləşdirilməsi prosesindən çox təsirləndik. Ərazilərin minalardan təmizlənməsi üçün müxtəlif üsullardan və avadanlıqlardan istifadə olunur. Biz burada tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesini izlədik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunda səfərdə olan Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Ula Yorgen Vastveit deyib.

“Bizə bu minaların necə basdırıldığı, Ermənistan ordusunun minaları basdırıb buradan çıxmaqları barədə məlumat verildi. Bu, həqiqətən də çox pis hərəkətdir. Dəqiq mina xəritələri təqdim olunmalıdır ki, Azərbaycan tərəfi minaların harada basdırıldığını bilsin. Bu addım çox sayda insanın həyatını xilas etmiş olar və minalardan təmizlənmə prosesi də sürətlənər”, – deyə səyyah bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla