AZ

TBMM sədrindən Fransa Parlamentinə CAVAB

Fransa Milli Assambleyasının qətnaməsi tarixi reallıqlarla ziddiyyət təşkil edir, belə sənədlər yalnız parlamentlərin reputasiyasını ləkələyir.

QAZÍLER.AZ  Publika.az-a  istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun Fransa Milli Assambleyasının sədri Yael Braun-Piveyə aprelin 29-da fransalı qanunvericilərin assurlar və keldanilərlə bağlı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı yazdığı məktubda deyilir.

O, Ankaranın Parislə parlament əlaqələri qurmaq cəhdləri fonunda Milli Assambleyanın bu əsassız qətnaməni qəbul etməsindən təəssüfləndiyini bildirib:

“Bu, tarixi həqiqətlərə uyğun gəlməyən, Türkiyənin layiq olmadığı ciddi ittihamdır. Bu sənəddə 1915-ci ildə Osmanlıda baş vermiş hadisələrlə bağlı tarixi və hüquqi baxımdan əsassız olan bəyanatların növbəti dəfə təkrarlanması təəssüf hissi doğurur”.

N.Kurtulmuş vurğulayıb ki, qanunverici orqanlar tarixi hadisələri təhrif edərək düşmənçilik yaratmamalı, əksinə, müxtəlif xalqlar arasında dostluq əlaqələrinin inkişafı üçün səy göstərməlidirlər:

“Beynəlxalq hüquqda bu anlayışın dəqiq tərifinin olmasına baxmayaraq, tarixi faktları təkzib edən və ya soyqırımı ittihamları irəli sürən bu cür qətnamələr parlamentlərin reputasiyasına xələl gətirir. Tarixin siyasiləşdirilməsi, keçmiş hadisələrin seçmə, qərəzli və təhrif olunmuş şərhi yalnız ekstremizm, ayrı-seçkilik, dini dözümsüzlük və ksenofobiya üçün zəmin yaradır”.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq