AZ

Şərqi Asiya istilərdən “qovrulur” - Ölənlərin sayı günbəgün ARTIR

Şərqi Asiyanın bir çox ölkəsi kəskin istilərdən əziyyət çəkir. 


Sfera.az xəbər verir ki, bəzi ölkələrdə temperatur müsbət 48 dərəcəyə çatır. 


Bu temperatur həmin ölkələr üçün həddindən yüksək temperatur hesab edilir.


Buna görə də insanlar arasında istivurma halları sürətlə artır, region ölkələrində kənd təsərrüfatı məhsullarına ziyan dəyir, quraqlıq yaranır. Şərqi Asiya ölkələrindən Filippində dövlət minlərlə məktəbi bir həftə müddətinə bağlayıb və əhalini çölə çıxmamağa çağırıb. 


Myanmanın Çauk şəhərində həftəsonu havanın temperaturu 48,2 dərəcəyə yüksəlib. Bir çox göldə və bənddə suyun səviyyəsi demək olar ki, yarıya enib. 
Taylandın bir çox yerində havanın temperaturu həftə ərzində 40 dərəcədən yuxarı qalıb və ən azı 30 nəfər ölüb. 


Keçən həftə Kambocada hərbi bazada 20 əsgərin öldüyü partlayışa da havaların həddindən artıq isti olmasının səbəb olduğu bildirilib. 


Banqladeş və Yaponiyada 1898-ci ildən bəri ən isti aprel müşahidə olunub. İndoneziyada həddindən artıq istilər səbəbindən dang qızdırması halları artıb. 
Vyetnamda bəndin quruması nəticəsində yüz minlərlə balıq ölüb.


Mütəxəssislər qeyd edirlər ki, mövcud vəziyyət qlobal istiləşmənin fəsadlarından biridir.


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla