AZ

Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildə bərpa olunacaq - Yevgeni Jukov

Tbilisi. Trend:

Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildə bərpaolunacaq.

Trend xəbərverir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiyaüzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illiktoplantıları çərçivəsində brifinqdə deyib.

"Qafqaz və Mərkəzi Asiyada artım 5,3% səviyyəsində qalıb və2024-cü ildə 4,3%-ə qədər yavaşlayacağı, 2025-ci ildə isə 5%-əqədər bərpa olunacağı gözlənilir", - o deyib.

Onun sözlərinə görə, Qazaxıstanda həm neft, həm qeyri-neftsektorları, eləcə də, özəl və dövlət istehlakı və investisiyalarhesabına iqtisadi artım sürətlənərək, 2023-cü ildə 5,1%-ə çatıb.Lakin Azərbaycanda neft hasilatının azalması artıma əhəmiyyətlidərəcədə təsir göstərib.

"Ermənistan, Gürcüstan və Qırğız Respublikasında 2022-ci ildəmüstəsna yüksək səviyyələrdən sonra artım ləngidi, çünki xaricdənikinci dərəcəli təsirlər azaldı. Tacikistan, Türkmənistan vəÖzbəkistanda 2023-cü ildə sənaye və kənd təsərrüfatının dahasürətli inkişafı sayəsində iqtisadi artım sürətlənib", - deyəYevgeni Jukov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq