AZ

AİB Azərbaycanla "yaşıl" gündəm üzrə aktiv şəkildə çalışır - Yevgeni Jukov

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla "yaşıl" gündəm üzrə aktivşəkildə çalışır.

Bu barədə Trend-in sualına cavab olaraq Asiya İnkişaf Bankının(AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni JukovAİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsindəbrifinqdə deyib.

"Azərbaycan hökuməti 2030-cu ilə qədər elektrik enerjisinin 30faizini bərpa olunan mənbələrdən istehsal etmək niyyətiniaçıqlayıb. Biz bu məsələ üzrə hökumətlə çox sıx əməkdaşlıq edirik.Bu yaxınlarda AİB "Masdar" şirkəti ilə birlikdə 230 meqavattgücündə nəhəng günəş elektrik stansiyasına investisiya qoyub", - odeyib.

Onun sözlərinə görə, bu il AİB və Azərbaycan daha bir neçə beləlayihə üzrə əməkdaşlığa başlandığını bəyan edə biləcəklər.

"Ötən ay yerli direktorla oranı ziyarət etməyə nail oldum. Bu,həqiqətən də, 550 hektarlıq möhtəşəm layihədir, burada robotlar həraxşam günəş panellərini təmizləyir, günəş panelləri isə avtomatikolaraq günəşə doğru çevrilir. Stansiya, həqiqətən də, tam gücü iləişləyir. Azərbaycanda bu cür layihələrə sərmayə qoymaq üçün dahaçox imkanlar axtarırıq. Fikrimcə, bu il bizim bir neçə anonsumuzolacaq”, - deyə Yevgeni Jukov qeyd edib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantınınrəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxriqonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq