AZ

RUSLARIN SÜLHMƏRAMLILARINI DA ÇIXARDIQ, “OV”-larını ÇIXARA BİLMƏDİK – “Bizdə əksər insanlarda qul psixologiyası var, hamı gözləyir ki...”

Sabir Rüstəmxanlı: “Valideynin milli təfəkkürü, milli şüuru olsa, uşağının soyadını dəyişər, hamı yuxarıdan tapşırıq gözləyir”

Ceyhun Məmmədov: “İnsanlar özləri şüurlu formada bu məsələdə addım atmalı, rus mənşəli sonluqlardan imtina etməlidirlər”

Ötən ay hər birimiz böyük bir tarixi hadisəyə şahidlik etdik. 2020-ci ildən Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının hərbi kontingenti qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl bölgəni tərk etməyə başladı.

May ayının sonlarına doğru tam olaraq yekunlaşması gözlənilən bu proses sözsüz ki, ölkədə hərkəs tərəfindən arzulanan və gözlənilən bir hadisə idi. Çünki “sülhməramlı” təyinatlı olsa belə, hər hansı bir ölkənin hərbi qüvvələrinin Azərbaycan torpaqlarında olması müstəqilliyimiz və strateji təhlükəsizliyimiz üçün bir təhlükə mənbəyi idi. Lakin Azərbaycanın siyasi arenadakı növbəti zəfərindən sonra bu təhlükə tamamilə aradan qalxmış oldu.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün rus sülhməramlılarının bölgədən çıxarılması qədər hər birimizi narahat etməli olan vacib bir məsələ müstəqillik qazandığımız gündən bu yana hələ də öz həllini tapmayıb. 4 il ərzində sülhməramlıları torpaqlarımızdan çıxarmağa nail olsaq da, 32 ildir milli mənsubiyyətimizi bildirən, şərtləndirən soyadlarımızın rus mənşəli “ov”, “yev”, “ova”, “yeva”sonluqlarınndan qurtula bilməmişik.

Kimlər üçünsə hələ də rus soyad sonluğunu daşımağımız kiçik bir amil hesab edilə, “rusbaşlar” üçün isə hətta prestij sayıla bilər. Ancaq bütövlükdə millət üçün başqa bir millətin soyad sonluğunu daşımaq utancverici bir faktdır. Bu millətin öz kökünə, keçmişinə hələ də laqeyd münasibətini, başqa bir millətin soyad sonluğunu daşımağın nə qədər təhlükəli olduğunu dərk etmədiyini göstərir. Halbuki soyad sonluqlarımızız “ov” və “yev”-ləşdirilməsinin Pavel Sisianovun Gəncəni, Mixail Levandovskinin Bakını işğal etməsindən elə də ciddii bir fərqi yoxdur...

Məlumat üçün bildirək ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul etsə də, bu məsələ uzun illər müxtəlif müstəvilərdə müzakirə edilsə də, prosedur sadələşdirilsə də, cəmiyyət rus, fars mənşəli soyad sonluqlarını dəyişməyə maraq göstərməyib. Ədliyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, il ərzində soyadındakı rus mənşəli sonluqlardan 100-200 nəfər civarında vətəndaş imtina etmək üçün quruma müraciət edir.

Əhalinin 80 faizinin soyad sonluğu rus mənşəlidir

Azərbaycandakı tədqiqat mərkəzlərindən birinin iki il öncə açıqladığı məlumata görə, Azərbaycanda soyad sonluğu “ov”, “yev”-lə bitən vətəndaşların sayı ölkə əhalisinin 80 faizini təşkil edir. Yalnız 10 faiz əhalinin soyad sonluğu “lı”, “li” şəkilçisi ilə bitir. Yerdə qalan 10 faiz əhalinin soyadı isə fars mənşəli “zadə” sonluğu ilə bitər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla

Reytinq