AZ

“Gürcüstanda durum yaxşı deyil, İvanişvili və Moskva...” - Zurabişvili

“Gürcü Arzusu” hökuməti “Xarici agentlər haqqında” qanunun qəbulu ilə Moskvanı razı salmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Bunu niyə etdikləri siyasi baxımdan bəlli deyil. Əvvəllər söyləmək olardı ki, hakimiyyəti saxlamağa çalışırlar, bu gün isə bunu Moskvanı razı salmaq istəyindən başqa heç nə ilə izah etmək olmur. Çünki Moskva Gürcüstanın Avropa Birliyi üzvlüyünə namizəd olması ilə barışa bilmir”, - Zurabişvili vurğulayıb.

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvilinin çıxışından sonra məlum olub ki, bu qanun öz məzmununa görə Rusiya ilə bağlıdır.

Gürcüstan prezidenti hesab edir ki, yaranmış vəziyyət çox narahatedicidir və kompromis həll yolları yoxdur: “Kompromis qanunu geri götürməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq