AZ

“Tramp narsist və canavardır, Ağ Evə qayıtmamalıdır”- Hollivud ulduzu

Hollivud ulduzu Robert De Niro ABŞ-ın keçmiş prezidenti Donald Trampı axmaq adlandırıb və onu Adolf Hitlerlə müqayisə edib.

Azpost.info xəbər verir ki, aktyor bu barədə MSNBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, keçmiş ABŞ lideri narsist və canavardır və onun Ağ Evin rəhbəri postuna qayıtması insanlar üçün təhlükəli olacaq.

De Niro qeyd edib ki, oxşar vəziyyət Almaniyada 20-ci əsrin 30-cu illərində də olub: “Orada təlxək kimi davranan Hitleri ciddiyə almadılar və o, sonda hakimiyyətə gəldi. Eyni şey italyan faşist lideri Benito Mussolini ilə də baş verdi. Uşaq vaxtı eşitmişdim ki, Hitler heç vaxt gerçəkləşməyəcək kabusdur. Amma indi görürəm ki, bu, mümkündür”, – aktyor əlavə edib.

De Niro Trampı əvvəllər də tənqid edib. Buna cavab olaraq Tramp aktyoru uğursuz adlandırıb, onun aktyorluq bacarığının aşağı düşdüyünü deyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla