AZ

U-17 millimiz Belarusda Qazaxıstana da uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən turnirdə millimiz bu gün Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan oyunun əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb – 2:2. Penaltilər seriyasında isə rəqib komanda daha dəqiq olub.

Xatırladaq ki, Azərbaycan yığması bu turnirdə keçirdiyi ilk görüşdə Belarus millisinə 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, U-17 millimiz mayın 7-də baş tutacaq son turda, saat 12:00-da Türkiyə yığması ilə görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla