AZ

Erməni katalikos iranlı dindarlarla Azərbaycanı müzakirə edib

Bütün ermənilərin katolikosu II Qaregin İran İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkə.Az-ın verdiyi xəbərə görə, görüş zamanı II Qaregin Ermənistanla Azərbaycan arasındakı mövcud vəziyyət müzakirə edilib. 

Erməni katolikos II Qaregin öz gözlərindəki "tiri" görməyərək, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 65 məscidi, digər dini məkanları və abidələri dağıtmaqları, erməniləşdirilməsi barədə məlumat vermək əvəzinə, yenə də əsassız olaraq Azərbaycanın ünvanına ittihamlar səsləndirib. 

Katolikos erməni mənəvi və mədəni dəyərlərinə və İrandakı erməni icmasına qayğıkeş münasibəti yüksək qiymətləndirərək Ermənistana göstərilən dəstəyə görə İran hakimiyyətinə təşəkkür edib.

Öz növbəsində, Məhəmməd Mehdi İmanipur həmsöhbətinə iki ölkə arasında təhsil və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönəlmiş proqramlar təqdim edib. O, dinlər arasında dialoq və əməkdaşlığın xalqlar arasında dostluğun möhkəmləndirilməsi və regionda mövcud problemlərin aradan qaldırılması üçün mühüm stimul olacağına əminliyini ifadə edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla