AZ

Gürcüstanın ümumi dövlət borcu kifayət qədər sabitdir - AİB

Tbilisi. Trend:

Gürcüstanın ümumi dövlət borcu kifayət qədər sabitdir.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiyaüzrə regional əməkdaşlıq departamentinin rəhbəri Ləzizə SabirovaAİB-in Tbilisidə keçirilən illik toplantısında brifinq zamanıdeyib.

"Biz nominal rəqəmlərə deyil, real rəqəmlərə baxırıq, çünkinominal inflyasiya səviyyəsi aşağı düşərkən, siyasət dərəcəsi hələdə mövcuddur. Real faiz dərəcəsi hələ də müsbətdir və bu, əlbəttəki,biznes, eləcə də, özəl sektor üçün kapitalın daha yüksəkdəyərinə çevrilir. Amma makroiqtisadi baxımdan Gürcüstanın MaliyyəNazirliyi, Milli İqtisadiyyat Nazirliyi indiyə qədər çox yaxşı işgörür", - o qeyd edib.

Onun sözlərinə görə, əslində, vəziyyət pandemiyadan əvvəlkisəviyyəyə qayıdıb ki, bu da yaxşı əlamətdir.

"Ümumi kəsir də təxminən 3 faizdir. Bunlar bizim darıxdırıcıgöstəricilər dediyimiz şeylərdir və bu yaxşıdır. Biz hər hansıdəyişkənlik və ya yüksək həddi, şok istəmirik”, - Ləzizə Sabirovaizah edib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantınınrəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxriqonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla