AZ

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

“Dantenin

Bakı, 4 may, AZƏRTAC

Mayın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Dantenin yubileyi” tamaşası yenidən nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, quruluşçu rəssamı Samirə Həsənovadır.

Səhnə əsərinin aktyor heyətində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova yer alıb.

“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. Burada göstərilən əsas məqam insanın gələcəkdə öz peşəsini düzgün seçməyi ilə bağlıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla