AZ

İFA Tonalinin cəzasını artırdı

İngiltərə Futbol Assosiasiyası (İFA) Sandro Tonalini məyus edən qərar çıxarıb. İtaliyalı futbolçunun cəzası ağırlaşdırılıb.

“Nyukasl”ın yarımmüdafiəçisi mərc oyunlarında iştirakına görə sanksiyaya məruz qalmışdı. İFA onun cəzasının müddətini daha iki ay uzadıb. Bu barədə klubun saytı məlumat yayıb.

Deməli, Sandro 2024/25 mövsümünun ilk iki ayında da oynamayacaq. Beləliklə, Tonali 2023-cü il oktyabrın 27-də ona verilən on aylıq cəzadan dərhal sonra meydana qayıda biləcək.

Bundan əlavə, italyan yarımmüdafiəçi 20 min funt sterlinq (23,3 min avro) məbləğində cərimə ödəməlidi. Hazırda yarımmüdafiəçi qumar asılılığına görə psixoloji müalicəsini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla