AZ

İsko - La Liqada aprelin ən yaxşı futbolçusu!

“Betis”in hücumameylli yarımmüdafiəçi İsko İspaniya La Liqasının 2023/2024 mövsümündə mart ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu aprel ayında keçirdiyi 3 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, mükafat uğrunda mübarizədə Yaqo Aspas (“Selta”), Yusef En-Nesiri (“Sevilya”), Savinyo (“Jirona”) və ötən ayın qalibi olmuş Vinisius Junioru (“Real”) qabaqlayıb.

İsko bu mövsüm ilk dəfə ayın ən yaxşısı seçilir. La Liqanın cari mövsümündə bu mükafatı qazanmış digər oyunçuların siyahısını təqdim edirik:

Avqust 2023 – Cud Belllingem (“Real”)
Sentyabr 2023 – Takefusa Kubo (“Real Sosyedad”)
Oktyabr 2023 – Cud Bellingem (“Real”)
Noyabr 2023 – Antuan Qrizmann (“Atletiko”)
Dekabr 2023 – Artyom Dovbik (“Jirona”)
Yanvar 2024 – Kirian Rodriqes (“Las Palmas”)
Fevral 2024 – Robert Levandovsk (“Barselona”)
Mart 2024 – Vinisius Junior (“Real”)

Xatırladaq ki, İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyulunda “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyulunda “kral klubu” İskonu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında futbolçu o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış yarımmüdafiəçi “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir.

Cari mövsümün geridə qalmış hissəsində İsko “Betis”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.

İsko 2013-cü ilin fevralında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U16-dan U21-ə qədər bütün yolu keçməklə düşüb. İsko İspaniyanın U-21 yığması ilə 2013 Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 31 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
32

1Mənbələr

Şərh ()
Bağla