AZ

Paraqvayda futbolçulara və azarkeşlərə atəş açıldı - Video

Paraqvayda futbol üzrə dördüncü divizion çərçivəsində Quarambare şəhər çempionatında idmanayaraşmaz xoşagəlməz hadisə yaşanıb.

Arena.az məlumat verir ki, “25 Sentyabr” komandasının “29 Sentyabr” komandasını qəbul etdiyi oyunda qonaq komandanın futbolçularına və meydana qaçıb-çıxmış azarkeşlərinə atəş açılması ilə nəticələnmiş hadisə baş verib.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, mayın 3-də Paraqvayın Quarambare şəhərində şəhər çempionatının oyununun bitməsi ərəfəsində hakimin mübahisəli qərarı “29 Sentyabr” komandasının oyunçularını və azarkeşlərini qəzəbləndirib. Daha doğrusu, onlar hesab ediblər ki, oyunun final fiti vaxtından əvvəl səslənib. Beləliklə, hiddətlənmiş kütlə meydana axışıb, necə deyərlər, ara qarışıb, məzhəb itib. Oyunun hakimi qorxu içində əkilib aradan çıxıb. Vaxtında özünü yetirmiş çevik qüvvələr rezin güllələrdən atəş açaraq qəzəbli kütlənin qarşısını ala biliblər.

Vurğulanır ki, bundan sonra qonaq komandanın iki azarkeşi orta dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, oyunun baş hakiminin özü isə komandalardan birinin paltardəyişmə otağına sığınaraq canını qəzəbli kütlədən qurtarıb, xəsarət almayıb. Paraqvayın Quarambare şəhərinin polis idarəsi hücum edənlərin oyunun hakimini öldürməyə cəhddə ittiham edildiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla