AZ

Güclü qar Ural şəhərlərini bürüyüb, 74 min insan işıqsız qalıb...

...Yekaterinburqa şənbə günü, mayın 4-nə keçən gecə güclü qar yağıb və yağmaqda davam edir.

Qalın qar təbəqəsi qazonları, səkiləri və yolları əhatə edib. Yerli yol polis idarəsimagistralın bəzi hissələrində qarın hündürlüyünün10 sm-dən çox yağdığının xəbərdarlığını edib.

Sverdlovsk vilayətində qışın gözlənilmədən qayıtması ilə əlaqədar elektrik xətlərində fasilələr yaranıb.

Şəhər vilayətinin prokurorluğu 24 yaşayış məntəqəsində istehlakçılara elektrik enerjisinin verilməsinin dayandırıldığını bildirib.

Deqtyarsk, Revda, Polevskoy, Pervouralsk, Novouralsk, Sisert şəhərlərinin və Yekaterinburqun Çkalovski inzibati rayonunun Qornı Şçit kəndinin sakinləri - 74 minə yaxın insan işıqsız qalıb.

Su təchizatı və istiliklə bağlı problemlər də qeydə alınıb.

KİV-in məlumatına görə, Sverdlovsk vilayətində yağan qar fırtınası səbəbindən avtomobillər Perm-Ekaterinburq federal magistral yolunda ilişib qalıb.

Bundan əlavə, Tümen və Çelyabinsk vilayətlərində də güclü yağıntılar qeydə alınıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla