AZ

Fransalı nazir Parisdə velosipedçini vurub

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer avtomobili ilə Parisdə velosipedçini vurub.

Məlumata görə, velosipedçi qırmızı işıqda keçib və həmin an şəxsi avtomobilini idarə edən nazir onu vurub.

Velosipedçi kəllə-beyin travması alıb və xəstəxanaya aparılıb. Onun vəziyyəti məlum deyil. Nazir alkoqol və narkotik testlərindən keçib. Nəticələrin mənfi olduğu ortaya çıxıb.

Polis qəzanın başvermə şəraitini araşdırır.

Mənbə: Gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla