AZ

"Kəpəz" qol vurdu, stadionda ara qarışdı -QALMAQALIN VİDEOsu

Premyer Liqanın 33-cü turunun "Kəpəz" - "Sumqayıt" matçının sonları gərginliklə yadda qalıb.

Hadisələr meydan sahiblərinin bərabərlik qolunu vurmasından sonra cərəyan edib.

İnsidentə Elçin Əlicanovun vurduğu qola komanda yoldaşı Martins Juniorun qonaq komandanın ehtiyat oyunçularının önündə çılğınlıqla qeyd etməsi səbəb olub.

"Kimyaçılar"ın kapitan Vüqar Mustafayev braziliyalının hərəkətlərinə sərt təpki göstərib.

Tərəflərin mübahisəsinə komanda yoldaşları da qoşulunca ara qızışıb.

Sonda baş hakim Tural Qurbətov hər iki oyunçunu da qırmızı vərəqə ilə cəzalandırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla