AZ

İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib

"Parisdə etirazçılar Fələstin bayraqlarını dalğalandırıb və Qəzza bölgəsi sakinlərinə dəstək şüarları səsləndirib..."
 
"Berlində "Şərəf məhkəməsi"nin iştirakçıları Humbolt adına Universitetin əsas binasına girişi bağlayıb, universitet rəhbərini "sionist" adlandırıb..."
 
Təhsil müəssisələrində fələstinyönümlü aksiyalar bütün dünyanı cənginə alıb. ABŞ-dan sonra Avropa, Avstraliya, Meksika və Kanada tələbələri öz ali məktəblərinin kampuslarını ələ keçirir, universitet binalarını bloklayır və tələblər irəli sürür.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Belə ki, dünən axşam polis Parisdə prezident Emmanuel Makron və baş nazir Qabriel Attalın məzunu olduğu Siyasi Tədqiqatlar İntitutunun binasından onlarla tələbəni çıxarıb. 
 
Etirazçılar Fələstin  bayraqlarını dalğalandırıb və Qəzza bölgəsi sakinlərinə dəstək şüarları səsləndirib. 
 
Hakimiyyət bəyan edib ki, hazırda etirazlar səbəbindən distant rejimə keçən İnstitutun yaxınlığında polis yerləşdiriləcək.
 
Fransız tələbələri həmçinin Sorbona Universiteti və ölkənin bir sıra digər, o cümlədən Lill və Leondakı ali məktəblərin yaxınlığında etiraz aksiyaları keçirib. 
 
Onlar hakimiyyəti İsrailin HƏMAS-a qarşı müharibəsində əlbir olmaqda ittiham edir və İsrail ilə istənilən əməkdaşlığa son qoymağı tələb edir.
 
İsveçrənin Lozanna Universitetinin tələbələri də bu mövqedədir, onlar siyasi və sosial elmlər fakultəsi binasını ələ keçirib.
 
Berlində "Şərəf məhkəməsi"nin təxminən 30 iştirakçısı dünən Humbolt adına Universitetin əsas binasınına girişini bağlayıb. 
 
Universitet rəhbəri Culiya fon Blümental etirazçılarla danışıqlara cəhd edib, lakin onlar bundan imtina edərək onu "sionistçi" adlandırıb. 
 
Vəziyyətə asayiş keşikçiləri müdaxilə edib. Polisin məlumatına görə, aksiya iştirakçıları İsrail əleyhinə Almaniyada qadağan edilən "Çaydan
dənizə" şüarı səsləndirib.
 
İsrailin Almaniyadakı səfiri Ron Prozor Qumbolt adına Universitetdə etiraz aksiyasından qəzəbini ifadə edib və qeyd edib ki, nümayişçilər "yəhudilərə qarşı nifrət və zorakılığı mədh edib".
 
Eyni zamanda Avstraliyada yüzlərlə fələstinyönümlü və israilli nümayişçilər Sidney Universitetində üz-üzə gəlib. "Gərgin fikir mübadiləsinə" rəğmən, hər iki mitinq dinc şəraitdə keçib.
 
Bundan başqa, Meksikada onlarla fələstinyönümlü tələbə Mexikoda ölkənin ən böyük Milli Muxtar Universitetinin yanında düşərgə təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla